Gündəm

Gəncədə qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA

Gəncədə qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:

"Aprelin 19-da, saat 16 radələrində iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu təyin olunub. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Demokrat.az

NE
Nihadə Eyyubova