“Regionlarda iş yerlərinin yaranmasına mane olan səbəb idarəetmə sistemidir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Məncə, bu səbəblərdən biri idarəetmə sistemidir. İcra strukturları ləğv edilməlidir. İdarəetmə seçilmiş bələdiyyələrə keçməlidir.
İdarəetmə sisteminin dəyişməsi faktiki olaraq digər sahələrdə də öz təsirini göstərəcək və nəticə etibarilə regionlarda iş yerlərinin yaradılması, iqtisadi fürsətlərin yaradılması üçün də təmək meydana çıxacaq. Yəni təməl səbəb idarəetmə sisteminin dəyişməsidir, bundan sonra digər məsələlər də həllini tapmalıdır”.
Cavidan Mirzəzadə Demokrat.az

