Türkiyədə bir sıra futbolçuların mərc oyunlarında iştirak etdiyi iddia olunur.
Demokrat.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı hakimlərlə yanaşı, futbolçuların və klub rəhbərlərinin fəaliyyətləri də təhlil edilib.
Siyahıda bir çox tanınmış oyunçunun adının yer aldığı bildirilir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, Türkiyədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırılacağını açıqlayıblar.