“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

İDMAN 28 oktyabr 2025, 17:03
“Qarabağ” “Çelsi” oyununun biletləri sabah satışa çıxarılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. 

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:45-də başlayacaq. 

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top