Düşənbədəki Əliyev-Putin görüşü olduqca əhəmiyyətlidir — AÇIQLAMA

GÜNDƏM 09 oktyabr 2025, 16:30
"Əliyev və Putin arasında Düşənbədə birbaşa görüşün keçirilməsi indiki situasiyada hər iki ölkənin qarşılıqlı münasibətləri baxımından olduqca böyük əhəmiyyət daşıyır. Çünki artıq uzun müddətdir iki ölkə arasında ciddi gərginlik yaşanır və bu gərginlik Kremlin davranışlarından qaynaqlanır".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, nəhayət Vladimir Putin İlham Əliyevdən AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istədi:

"Bu, olduqca əhəmiyyətlidir. Bu görüş Azərbaycan və Rusiya münasibətlərinin bundan sonrakı inkişafına yalnız pozitiv təsir göstərə bilər. Ümid etmək olar ki, indiyədək artan gərginlik nisbətən nizamlanmağa başlayacaq".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 20:13
Top