
İmişli rayonunda fəaliyyət göstərən, Milli Qəhrəman İmamverdi Əliyevin adınıdaşıyan Qulubəyli tam orta məktəbi acınacaqlı durumdadır.
Baxımsızlıqdan sinif otaqları bərbad vəziyyətə düşüb. Otaqların qapısı və pəncərəsi yararsız haldadır. Döşəmə və tavan çürüyüb, məktəbin fasadı qopub tökülür.
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi İmamverdi Əliyevin adına olan məktəbin bu durumda olması Qulubəyli kəndinin sakinlərini də narahat edir.
Kənd sakinləri "Sitat.info"ya bildiriblər ki, məktəbin bu vəziyyətindən İmişli Rayon İcra Hakimiyyətinin, eləcə də Elm və Təhsil Nazirliyinin nümayəndələri xəbərdardır.
Buna baxmayaraq, aidiyyatı qurumlar təhsil ocağı ilə maraqlanmır.
Sitat.info videonu təqdim edir: