Minimum əməkhaqqı artırılmalıdır — Partiya sədri

GÜNDƏM 02 oktyabr 2025, 16:45
İctimai nəqliyyatda gediş haqqının artırılması heç şübhəsiz əhalinin xərclərinin artmasına səbəb olacaq. Bəs bu xərcləri kompensasiya etmək və insanların gəlirlərinin artması üçün hansı addımlar atıla bilər?

Bu barədə Demokrat.az-a danışan “Ağ Partiya” sədri Tural Abbaslı deyib ki, qaz və işıq limitlərinin ləğv ediləcəyini, uşaq pulunun bərpa ediləcəyini düşünmür:

“Onsuz da büdcədə vəsait olsaydı, bu artımlar edilməzdi. Ümumiyyətlə, düşünürəm ki, hər il minimum əməkhaqqının qaldırılması və inflyasiyanın ödənilməsində addım atılmalıdır. Bəzi ölkələrdə bu 6 aydan bir, ildə 2 dəfə olur, amma bizdə 3-4 ildən bir. Minimum əməkhaqqı artırılmalıdır, deyə düşünürəm. Həm keçən ilki inflyasiya minimum əməkhaqqının üzərinə gəlməlidir, həm də rifah halının yaxşılaşdırılması üçün bir məbləğ hesablanmalıdır ki, insanlar əziyyət çəkməsin. Yoxsa daim qiymətləri artırıb dövlətlə insanlar arasında uçurum yaratmağın mənası yoxdur".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top