“Məktəbli avtobuslarının qiyməti ailələr üçün əlçatan deyil. Məktəbli avtobuslarının günü 12 manat civarındadırsa, ay ərzində orta hesabla 20 dərs günü olduğunu nəzərə alsaq, bu 240 manat edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O əlavə edib ki, bu isə aylıq xərclər baxımından kifayət qədər ciddi məbləğdir.
“Bəzi valideynlər bir neçə ailə birləşib, aylıq 100-150 manat qarşılığında özəl nəqliyyat vasitəsi tutur və övladlarının məktəbə gediş-gəlişini təmin edirlər. Məktəbli avtobusu bu özəl xidmətlərlə müqayisədə daha baha başa gəlir. Bu, absurddur. Məktəbli avtobusları daha çox güzəştli və əlçatan xidmət olmalı idi. Təəssüf ki, bu xidmətin qiyməti geniş əhali kütləsi üçün uyğun deyil”.
O qeyd edib ki, məktəblilər və tələbələr üçün nəqliyyatda güzəştli kart sistemi də mövcud deyil:
“Halbuki bir çox ölkələrdə şagirdlər, tələbələr və təqaüdçülər ictimai nəqliyyatdan yarı qiymətə və ya pulsuz istifadə edə bilirlər. Əgər bizdə də bu cür sistem tətbiq olunsa, məktəbli avtobuslarına ehtiyac azalacaq, çünki uşaqlar özləri rahat şəkildə və daha ucuz qiymətə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Mövcud qiymət siyasəti məktəbli avtobusu xidmətini əhali üçün daha əlçatan etmir, əksinə, müəyyən qədər yük yaradır. Bu səbəbdən qiymətlərin yenidən nəzərdən keçirilməsi və sosial həssas ailələr üçün xüsusi güzəştlərin tətbiqi
vacibdir”.
Leyla Turan
Demokrat.az