Deputat məktəblərdə pul yığılmasından DANIŞDI — “Vətəndaşlar cəsarətli olsun”

GÜNDƏM 02 oktyabr 2025, 16:32
“Əgər məktəbdə pulu istəyən olmasa, kimsə gətirib yığmaz. Məktəbə maliyyə mənbəyi kimi baxmaq heç bir anlayışa sığmayan məsələdir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, təhsil üçün, məktəb üçün pul lazımdır, amma bunu təhsil alanların dərisini soymaqla etmək olmaz:

“Əgər belə hallar varsa, bu, cinayət deməkdir. Buna da dərhal münasibət bildirilməlidir. Bu kimi halları çox mənfi qarşılayıram və hesab edirəm ki, məktəbdən, şagirddən pul yığmaq tendensiyasını qutarmaq lazımdır. İcbari təhsil pulsuzdur. Onsuz da valideynin cibindən repetitorlara və s. pul gedir. Əgər pul yığılırsa, deməli büdcədən ayrılan vəsait doğru istiqamətdə xərclənmir. Xərclənsə, niyə vətəndaşdan pul yığılsın? Vətəndaşlar da cəsarətli olmalı, müraciət etməli, bu məsələləri gündəmə gətirməlidirlər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top