“Son günlər əhali arasında müşahidə olunan uzunmüddətli öskürək, yüksək hərarət, halsızlıq, boğaz ağrısı və digər respirator əlamətlər təkcə adi qriplə məhdudlaşmır. İnfeksiyanın 3-4 günə yox, həftələrlə davam etməsi virusun daha aqressiv gedişini göstərir”.
Bu sözləri terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a açıqlamasında bildirib.
O əlavə edib ki, bu prosesin “yeni virus” olub-olmaması yalnız rəsmi laborator müayinələr və səhiyyə qurumlarının açıqlaması ilə dəqiqləşdirilə bilər:
“Hazırda müşahidə olunan mənzərə daha çox qrip viruslarının mutasiyaya uğramış formalarının və ya digər respirator virusların aktivləşməsini xatırladır. Xəstəliyin yayılma sürəti yüksəkdir və ailə daxilində hamını yoluxdura bilir. Ən təhlükəlisi isə yaşlılar, xroniki xəstəliyi olanlar və körpələr üçün ağırlaşma riskinin yüksək olmasıdır. Ona görə də müalicədən çox profilaktika yəni gigiyena qaydalarına riayət, izdihamlı yerlərdən uzaq durmaq, düzgün qidalanmaq və immuniteti gücləndirmək önəmlidir. Əgər xəstəlik uzunmüddətli davam edirsə və nəfəs darlığı, sinədə ağrı, çox yüksək hərarət kimi ağır əlamətlər varsa, mütləq həkimə müraciət edilməlidir. Hələlik narahatlıq yaratmalı əsas məsələ antibiotiklərin özbaşına istifadəsi və xəstəliyin ciddiyə alınmamasıdır”.
Leyla Turan
Demokrat.az