Zərdab Uşaq İncəsənət Məktəbinin direktor və müavini İŞDƏN ÇIXARILDI

SOSİAL 02 oktyabr 2025, 11:08
Zərdab Şəhər Uşaq İncəsənət Məktəbində rəhbərlikdə dəyişiklik olunub.

Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər.

Məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib. Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top