“Təhsil haqqı mövzusu həm tələbələr, həm valideynlər, həm də dövlət üçün həssas məsələdir”.
Bunu elm və təhsil eksperti Rizvan Fikrətoğlu bununla bağlı Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, universitetlərin təhsil haqqını sərbəst müəyyən etməsi bir sıra risklər yarada bilər:
“Burada tənzimləmə vacibdir. Çünki bazar mexanizmi ölkədə qeyri-bərabər şəkildə formalaşıb. Universitetlərin imkanları, reytinqləri və keyfiyyət səviyyəsi eyni deyil. Özəl və ya prestijli dövlət universitetləri qiymətləri süni şəkildə artıra bilər. Bu isə sosial ədalətsizlik yaradar. Tələbələrin yükü nəzərə alınmalıdır. Çünki ailələrin gəlir səviyyəsi çox vaxt təhsil haqqını qarşılamağa imkan vermir. Bu səbəbdən qiymətlərin sərbəst artması, təhsil almaq istəyən gənclərin sayını azalda bilər. Həmçinin, qiymətlərin həddindən artıq yüksəlməsi fonunda tələbələr daha münasib şərtlərlə Türkiyə, Rusiya, Gürcüstan kimi qonşu ölkələrə üz tuturlar”.
Ekspert diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin qərarı ilə təhsil haqları üçün yuxarı hədd müəyyənləşdirilməlidir:
“Universitet müəyyən çərçivədə qiymət təyin edə bilər. Amma maksimum həddi dövlət müəyyən etməlidir. Bundan yuxarı qalxmaq olmaz. Həmçinin, differensial yanaşma tətbiq olunmalıdır. Texniki, humanitar, tibb və digər sahələr üzrə təhsil xərcləri fərqlidir. Bu səbəbdən bütün ixtisaslara vahid məbləğ tətbiq etmək doğru olmaz. Subsidiyalar və təhsil kreditləri sisteminin gücləndirilməsi də vacibdir. Sosial həssas qruplara dəstək məqsədilə əlavə təqaüdlər, güzəştlər və təhsil tələbə kreditləri daha əlçatan edilməlidir. Universitetlər yalnız real infrastruktura, müəllim heyətinə və akademik nəticələrə əsaslanaraq təhsil haqqını artırmalıdır”.
Leyla Turan
Demokrat.az