“Toylara məhdudiyyət qoymaq düzgün olmaz, dünyanın heç bir yerində bu yoxdur. Bu, insanların şəxsi həyatına, sevincinə müdaxilədir”.
Bunu Demokrat.az-a açıqlamasında toylarda baş verən kütləvi zəhərlənmə hallarından danışan deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu istiqamətdə müvafiq dövlət qurumları çox ciddi işləməlidir:
“Toyların keçirildiyi obyektlərdə yoxlamalar aparılmalıdır. Bazara çıxarılan ət məhsullarına diqqət edilməsi də vacib məsələdir. Toylarda zəhərlənmə halları uzun bir zəncirin son halqasıdır. Buna qədər xəstə heyvanın kəsilməsi, ət məhsullarının keyfiyyətinə dırnaqarası yanaşılması, məhsulların saxlanılması, aşpazların peşəkarlığı kimi bu zəncirin hər bir halqasına nəzarət etmək lazımdır”.
Millət vəkili son olaraq qeyd edib ki, bölgələrdə ictimai-iaşə obyekti sahibləri arasında maarifləndirmə keçirilməsi vacibdir.
Xatırladaq ki, ötən gün İmişlidə baş tutan toyda 59 nəfər zəhərlənib.
Cavidan Mirzəzadə
Demokrat.az