"Bəzi binaların tikintisi ilə bağlı məlumatım var. Əslində, bu cür problemlər yalnız bir binaya xas deyil, ölkədə bir çox belə hallara rast gəlinir. Zamanla müəyyən problemlər həll olunub, lakin bəzi hallarda maliyyə və digər çətinliklər səbəbindən tikinti dayanır".
Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak eksperti Elnur Azadov deyib.
O, bildirib ki, ölkədə təxminən 2400–2500 çoxmənzilli bina var və müxtəlif dövrlərdə müxtəlif şirkətlərdə problemlər yaranıb:
"Bəzən maliyyə çatışmazlığı, bəzən isə tikinti şirkətlərinin işlərini tamamlamaması gecikmələrə səbəb olur. Bundan əlavə, inşaat normalarına uyğun iş görülmədikdə və ya məhkəmə prosesləri başlayanda binaya həbs qoyula bilər. Tikinti prosesinə nəzarət isə Mərkəzi Nəzarət Agentliyi və aidiyyəti qurumlar tərəfindən həyata keçirilir".
Onun sözlərinə görə, binanın tikintisinin gecikməsinin əsas səbəbi yerli icra orqanları və Nəzarət Komitəsi üzərindədir:
"Onlar uzun müddət tikilməyən binalar barədə məlumatlıdırlar, lakin qanunvericilikdə gecikmə üçün xüsusi müddət nəzərdə tutulmayıb. Müqavilələrdə də binanın tamamlanma vaxtı dəqiq göstərilmir, bəzi şirkətlər isə bu məsuliyyətdən yayınır".
Ekspert bildirib ki, vətəndaşlar üçün gözləmə müddəti adətən beş il və daha çox olmur:
"Bu müddətin aşılması halında isə vətəndaşlar qüvvələrin pozulması ilə bağlı müvafiq ədliyyə qurumlarına müraciət edə bilərlər".
Qeyd edək ki, Bakıda "Şərq İnşaat" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi artıq beş ildir başa çatmır.
Əfsanə Kamal
Demokrat.az