“Toylarda kütləvi zəhərlənmə faktı demək olar ki, artıq adi hadisəyə çevrilib”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, adətən kənd yerlərində toylarda toy sahibləri yeməkləri ev şəraitində hazırlayırlar, yəqin ki, bu dəfə də zəhərlənmənin səbəbi məhz bundan qaynaqlanır:
“Xüsusilə yay fəslində qidalar tez bir zamanda xarab olur. Çox vaxt belə yerlərdə gigiyenik qaydalara da lazımınca riayət olunmur. Məhsulların düzgün şəraitdə saxlanılmaması, xüsusilə salatların hazırlanma texnologiyasına əməl edilməməsi belə zəhərlənmələrə gətirib çıxarır. Ona görə də, isti aylarda bu məsələlərə ciddi diqqət edilməlidir.Adətən bu zəhərlənmələr salatların tərkibinə vurulan xamadan və mayonezdən qaynaqlanır. Evlərdə bu məhsulların saxlanma şəraiti əlverişli deyil. Amma şadlıq evlərində, restoranlarda belə bir problem olmamalıdır. Çünki onların məhsulları saxlamaq üçün əlverişli şəraiti var”.
Deputat qeyd edib ki, bəzi restoranlarda keyfiyyət tərkibi aşağı olan məhsullara daha çox üstünlük verilir:

“İsti aylarda balıq məhsullarına diqqət edilmir. Yay aylarında balıq yemək xüsusilə təhlükəlidir. Qidadan əlavə, qabların təmiz yuyulmaması faktına da diqqət edilməlidir. Hətta illər əvvəl rayonların birində sırf bu səbəbdən kütləvi zəhərlənmə olmuşdu. Səbəblər araşdırıldıqda məlum oldu ki, aşpaz qazanı göy sabunla yuyub. Nəticədə toya gələn qonaqların demək olar ki, hamısı qidadan zəhərləniblər. Amma bütün bu səbəblər toyların qadağan olunmasına səbəb deyil. Toy sahibi və restoran sahibi məclisə gələn qonaqların sağlamlığına cavabdeh olmalıdır”.
Xatırladaq ki, ötən gün İmişlidə toyda 59 nəfər qidadan zəhərlənib.
Cavidan Mirzəzadə
Demokrat.az