“28 May”la “Nizami” arasında hərəkət yanvardan dayandırılır

GÜNDƏM 25 sentyabr 2025, 12:44
"28 May”la "Nizami” stansiyaları arasında hərəkət müvəqqəti olaraq dayandırılacaq.

Demokrat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.

O qeyd edib ki, xətlərin ayrılmasında əsas komponenti tunellərin inşa edilməsidir.

"Uzunluğu 200 metrə qədər olan tunellər inşa olunacaq. "Yaşıl xət"lə "Qırmızı xətt" sərbəst hərəkəti təmin olunacaq. Hər iki tunelin inşası zamanı "28 May”la "Nizami” arasında müvəqqəti olaraq hərəkat dayandırılacaq. Dayanma müddətinin uzun olmaması üçün "28 May”da iki ədəd yanaşma tunelinin tikintisini önə saldıq. Gələn ilin yanvar ayından başlayaeaq tunellərin inşası zamanı hərəkət dayanacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top