Bakıda ailə daxili zorakılıq: 39 yaşlı kişi qardaşı arvadına şiddət göstərdi — TƏFƏRRÜAT

HADİSƏ 10 sentyabr 2025, 14:21
Bakının Binəqədi rayonunda 39 yaşlı kişi qardaşı arvadına xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Çiçək qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü İlqar yaşadığı fərdi yaşayış evinin qonaq otağında qardaşının arvadı Dilarə (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Aralarında şəxsi münasibətlərinin pozulması nəticəsində başlanmış mübahisə zamanı sağ əli ilə bir dəfə qadının  sol qulaq nahiyəsinə şillə zərbəsi vurub. 

Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş onun qardaşı işanın arvadıdır: 

“Mən öz ailəm ilə birlikdə qardaşım ilə qonşuluqda yerləşən nömrəsiz evdə yaşayıram. Hadisə günü, təxminən saat 20:30-da işanın yaşadığı evə gəldim. Qardaşımın arvadından mənə çay verməsini xahiş etdim. Onun verdiyi çay soyuq olduğu üçün əsəbləşdim və sağ əlim ilə bir dəfə onun sol qulaq nahiyyəsinə şillə zərbəsi vurdum”. 

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən qaynını bağışlayıb, ona qarşı olan şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 17:32
Top