Sabah Mərkəzi Bank mühüm qərar verəcək — Nə gözlənilir?

İQTİSADİYYAT 09 sentyabr 2025, 17:11
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Bəs bununla bağlı proqnozlar necədir?

Bu barədə Demokrat.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, faiz dərəcələrinin aşağı salınması ehtimalı yüksəkdir:


“İki variant ola bilər. Təbii ki, qaldırmaq ehtimalı azdır. Ya sabit saxlayacaq, ya da faiz dərəcələrini aşağı salacaq. Böyük ehtimalla faiz dərəcələrini aşağı sala bilər. Çünki inflyasiya faizləri getdikcə aşağı düşür, kredit faizləri isə yüksəkdir”.

Ekspert bildirib ki, bütün detallar cəmiyyətə açıqlanmadığı üçün proqnozlaşdırmaq da çətindir:
“Mərkəzi Bankın yeni rəhbərliyi cəmiyyətlə və mətbuatla kommunikasiyanı yaxşılaşdırıb. Amma yenə də qərarların əsaslandığı parametrlər haqqında kifayət qədər dolğun məlumat vermir deyə, biz yalnız qərardan sonra bilirik ki, niyə belə qərar qəbul edilib. ABŞ-ın Mərkəzi Bankı kimi demir ki, belə olsa belə edəcəyəm və s. Ona görə orada proqnoz verən şəxslər mərkəzi bankın davranışlarını bildikləri üçün daha rahatdırlar. Bizdə isə informasiyaların cəmiyyətlə bölüşülməsində problem var. Üstəlik, qərar verən zaman hansı məlumatlara baxdıqları cəmiyyətlə paylaşılmır”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top