Uçot dərəcəsinin kredit faizlərinə təsiri artırılmalıdır — Deputat

MALİYYƏ 09 sentyabr 2025, 16:43
“Mərkəzi Bank uçot dərəcəsini həm daxili, həm xarici çağırışlara uyğun olaraq müəyyənləşdirir. Bu zaman makroiqtisadi stabillik, inflyasiya səviyyəsi, eyni zamanda iqtisadiyyatın mövcud vəziyyəti nəzərə alınmaqla qərarlar qəbul edilir. Bank sektorundakı kredit və depozitlərlə bağlı dəyişikliklər də nəzərə alınır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, Mərkəzi Bank konservativ siyasəti davam etdirir:



“Uçot dərəcəsini müəyyənləşdirən zaman da daha çox konservativ qərarlara üstünlük verir. Bütün bunlarla yanaşı, ən vacib məqamlardan biri Mərkəzi Bankın uçot dərəcəsinin kredit faizlərinə təsirini artırmaqdan ibarətdir. Etiraf etmək lazımdır ki, hazırda uçot dərəcəsinin kredit faizlərinə təsiri çox deyil. Ona görə, Mərkəzi Bankın kredit faizləri ilə bağlı hansı qərarı qəbul etməsindən asılı olmayaraq, uçot dərəcəsinin kredit faizlərinə təsirlərinin artırılması istiqamətində sistemli işlərə ehtiyac var. Çünki bu gün bank sektoru üçün ən böyük çağırışlardan biri kredit faizlərinin yüksək olmasıdır. Bu, vətəndaşların istehlak kreditləri vasitəsilə borclanmasına gətirib çıxarır. Ona görə də Mərkəzi Bank uçot dərəcəsi ilə yanaşı, uçot dərəcəsinin kredit faizlərinə təsirini artırmağa çalışmalıdır ki, uçot dərəcəsindəki dəyişikliklər kredit faizlərinin azalmasına gətirib çıxarsın”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top