"Qızılın qiymətinin bahalaşması birbaşa olaraq dünya bazarlarında baş verən proseslərlə bağlıdır. Son 10 gündə qızılın qiymətində əhəmiyyətli artımlar müşahidə olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
O bildirib ki, bu artım, ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri tərəfindən faiz dərəcələrinin 30% azaldılması istiqamətində yumşaq siqnalların verilməsi ilə başladı:
"Daha sonra isə Tramp administrasiyasının Federal Ehtiyat Sisteminə təzyiq göstərməsi və ucuzlaşdırma siyasətinə keçməsi bu prosesə əlavə təsir göstərdi.
Bütün bunlar investorlar arasında ciddi narahatlıq yaradıb. Üstəlik, ABŞ-ın Çinə 30%-lik rüsum tətbiq etməsi, eləcə də son statistikaların açıqlanması vəziyyəti daha da gərginləşdirdi. Qlobal bazarda mühüm rol oynayan alıcıların, xüsusilə Çin Mərkəzi Bankının son 10 ay ərzində ardıcıl şəkildə qızıl alması və qarşıdakı il ərzində mərkəzi bankların beynəlxalq bazardan 1 milyon tondan artıq qızıl alacağına dair proqnozlar qiymət artımını dəstəkləyən əsas amillərdəndir".
Ekspert deyib ki, bundan əlavə, geosiyasi faktorlar da mühüm rol oynayır:
"Münaqişələrin həllində uzlaşma ehtimalının azalması son həftələrdə investorları qızıla yönəldib və alışların intensivləşməsinə səbəb olub.
Nəticə etibarilə, bütün bu proseslər qızılın dünya bazarında bahalaşmasını, eyni zamanda Azərbaycanda qiymətlərin yüksəlməsini şərtləndirən əsas faktorlardır".
Əfsanə Kamal
Demokrat.az