Hakan Fidan: Ermənistanla Azərbaycan arasındakı razılaşmalar region üçün müsbət mənzərə yaradıb

GÜNDƏM 29 avqust 2025, 00:08
Ermənistanla Azərbaycan arasında əldə olunan bir sıra razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət mənzərə yaradıb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu qardaş ölkənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber"ə müsahibəsində bildirib. 

Nazir deyib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr də aparıb.

Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu qeyd edib:

"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Bizim tutduğumuz mövqe etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik". 

Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib: "Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 avqust 2025, 22:53
Top