“Türkiyənin Ukraynaya hərbi qüvvə göndərməsi ehtimalı realdır və onun maraqlarına uyğundur”
Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, əgər Türkiyə Avropa Birliyinin təhlükəsizlik sisteminin tərkib hissəsi olacaqsa və bu kontekstdə Qərb təhlükəsizliyini təmin etmək üçün strateji silahların istehsalında, investisiyaların qoyulmasında Türkiyənin rolu tanınacaqsa, Türkiyə şirkətlərinə bu haqq veriləcəksə, bu prosesdə iştirak edə bilər:

“Həm də bu, təkcə sülhməramlı qoşunların göndərilməsi demək deyil. Sülhməramlıların NATO kontekstində göndərilməsi mümkün deyil. Bu təhlükəsizlik təminatı məsələləri NATO-dan kənarda edilir. Əsasən bu yük Avropa ölkələrinin üzərinə düşəcək. Avropada elə ölkələr var ki, Rusiya üçün elə də çəkindirici deyil. Ancaq Türkiyə qüvvələrinin orada olması Rusiya üçün çəkindiricidir. Çünki Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və təbii ki, Rusiya onunla müharibəyə girmək istəməz.
Lakin bunun üçün Qərb ölkələri Türkiyənin istəklərini təmin etməlidir. Ona görə də bütün bunlar Türkiyənin maraqları daxilində baş verərsə, türk sülhməramlılarının Ukraynada iştirakı mümkündür”.
Cavidan Mirzəzadə
Demokrat.az