"Xüsusilə tibb sahəsini seçən tələbələr arasında 600 baldan yuxarı nəticə topladığı halda qəbul olmayan 10 abituriyent var. Bunun əsas səbəbi Tibb Universitetində təhsil haqlarının kəskin şəkildə artırılmasıdır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
O, bildirib ki, tələbələrin çoxunun maddi imkanları aşağı olduğuna görə onlar əsasən dövlət sifarişli yerlərə üstünlük veriblər:
"Lakin dövlət sifarişi ilə təhsil almaq şansı qazanmadıqları üçün ödənişli əsaslarla oxumaq imkanları olmayıb. Nəticədə 600 baldan yuxarı toplasalar da, təhsil almaq hüququndan məhrum olublar".
Ekspert bildirib ki, bu, ədalətli yanaşma deyil:
"Təhsil haqqının birdən-birə bu qədər artırılması cəmiyyətdə narazılıq yaradıb və insanların maddi vəziyyətinə ciddi çətinliklər gətirib. Nəticədə isə 600-dən yuxarı bal toplamış 10 tələbə təhsildən kənarda qalıb".
Əfsanə Kamal
Demokrat.az