Psixoloq: İmtahanda uğursuzluq həyatın sonu deyil, yeni fürsətdir

GÜNDƏM 25 avqust 2025, 16:55
“İmtahan nəticələrinin açıqlanması abituriyentlər üçün çox stressli və emosional dövrdür. Əsas məqsəd gənclərin özlərini təhlükəyə atmaması, intihar kimi risklərin qarşısını almaq və onların emosional sabitliyini qorumaqdır”.

Bu fikirləri klinik psixoloq və gənclərin psixoloji dəstəyi üzrə ekspert Təranə Məmmədova  Demokrat.az-a açıqlamasında deyib.

O deyib ki, imtahanda uğursuz olmaq gəncin həyatının sonu deyil:

“Hətta ən uğurlu insanlar da bəzən sınaqlardan kəsilir. Abituriyentlər bilməlidirlər ki, kədər, məyusluq, qəzəb normaldır və zamanla azalacaq. Gənclərin hisslərini danışa biləcəyi bir ailə üzvü, dost və ya mütəxəssis olması vacibdir. Onları tənqid etmədən, dinləyərək dəstək olun. İmtahandan kəsilmək həyatın sonu deyil. Təkrar cəhd etmək, fərqli universitet və ya ixtisasları nəzərdən keçirmək, təcrübə və kurslarla bilik artırmaq mümkündür. Bu, ümid hissini gücləndirir. Əgər gənc depressiya, ümidsizlik, özünü zədələmə və ya intihar fikirləri göstərirsə, dərhal peşəkar psixoloq və ya psixiatr dəstəyi görməlidir.n Uğursuzluq bir fürsətdir. Öyrənilən dərslər gələcək uğurlar üçün zəmin yaradır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top