Bakının Sabunçu rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 15-də rayonunun Ramana qəsəbəsi, 9-cu mədən küçəsindəki yolun kənarında baş verib.
Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Ağasadiq oğlu həmin ünvanda tanışı Şirin adlı şəxslə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş şəxsin ona məxsus dəmir əşyaları satıb və pulunu ona verməməsi barədə olub.
Habelə zərərçəkmiş şəxsin ona yalan deməsini cüzi səbəb kimi bəhanə edib. Elvin heç bir söz demədən vintaçanla iki dəfə Şirinin qarın və döş nahiyələrindən vurub.
Elvinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şirinlə bir yerdə işləyiblər: “Biz dəmir yığıb satmışıq, həmin dəmirdən gələn pulu bölürmüşük. Bir gün gördüm ki, mallar yoxdur və bunu Şirindən soruşdum. O, da dedi ki, malları satıb. Mən də pulu istədim. Cavabında isə Şirin mənə aid pulu verməyəcəyini söylədi. Bu səbəbdən aramızda dava düşdü. Mən də atvyorka ilə Şirini vurdum”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2013-cü ildə Dağıstan Muxtar Respublikasında soyğunçuluq etdiyi üçün həbs olunub və 2023-cü ilin yay aylarında cəzasını çəkərək həbsdən çıxıb: “Daha sonra Azərbaycana “deport” olundum. Təxminən 1-2 aydır ki, “Fərid” deyə çağırdığımız, əsl adı Şirin olan şəxsə kimsəsiz olduğu üçün ona öz yanımda iş verdim. Onu fəhlə kimi çalışdırdım, pulunu da verdim”.
Məhkumun sözlərinə görə, 2024-cü il tarixdə axşamçağı ona məxsus dəmirlər və digər əşyaları Şirinin kirayə qaldığı evin həyətinə yığıb: “Şirinə həmin əşyaları həyətində saxlamasını söylədim. Amma sabahı gün Şirinin həmin əşyaları satmasını öyrəndim. Bu səbəbdən Şirinlə telefonda danışaraq onu yaşadığı küçəyə yaxın yerə çağırdım. Küçədə onunla görüşdüm, əşyalarımı satdığı üçün pulumu verməsini dedim. Ona problem yaratmamasını, pulumu verməsini bildirdim. Şirin bu zaman dedi ki, satmışam, yaxşı eləmişəm, pul da vermirəm. Bundan əsəbləşərək usta işlədiyim üçün üzərimdə olan vintaçanla onun bədən nahiyəsinə tərəf 1-2 dəfə zərbə atdım. Şirin həmin zərbələrdən qaçdı. Lakin bir zərbə onun mədəsinə dəydi. Bu zaman Şirin aşağı əyildi. Mən həmin vaxt bir zərbə də onun sol döş qəfəsindən vurdum. Sonra hadisə yerindən qaçdım. Bir qədər sonra narahat qaldığım üçün dostum Rasimə Şirinə zəng etməsini, ona kömək etməsini dedim. Rasim Şirinlə danışdı onun yanına getdi. Bu zaman özüm də Şirini vurduğum yerə getdim. Orada üzərindəki vintaçanı kolların dibinə atdım, Şirinlə Rasimi tapdım. Zərərçəkmiş xəstəxanaya getmək istəməsə də, onu məcbur edərək taksi axtardım, onu xəstəxanaya aparmağa çalışdım. Bu zaman məhəllədə tanımadığımız bir-iki nəfər də gördüm. Həmin şəxslər də bizə kömək edərkən Şirin həmin adamlara onu kimin vurmasını demədi, tanımadığı şəxs tərəfdən bıçaqlanmasını bildirdi. biz taksi tapa bilmədik. Sonda Təcili Tibbi Yardım çağırdıq. Təcili Tibbi Yardım avtomobili gələrkən mən digər tanımadığım məhəllə uşaqları ilə Şirini xəstəxanaya gətirdik. Orada həkimlərə və polislərə hadisəni özüm törətməyimi deyə bilmədim. Sonra isə polis əməkdaşları məni tutdular”.
İş üzrə zərərçəkmiş Şirinin ifadəsinə görə, Sumqayıtda kirayədə qalıb və bir müddət işsiz olub: “Dostlarım mənə dedi ki, usta var, yanında işlə. Mən də razılaşdım. Sonra bir müddət təqsirləndirilən şəxslə işləməyə başladım. Bu ərəfədə isə satmaq üçün yığılmış dəmiri icazə almadan satdım. Bununla bağlı aramızdan mübahisə oldu. Söhbət etdiyimiz zaman təqsirləndirilən şəxs vintaçan ilə məni vurdu. Aramızda olan söhbət təxminən 15 dəqiqə çəkdi. Məni xəstəxanya başqa uşaqlar aparıb. Təqsirləndirilən şəxs isə sonradan gəlib. Ondan şikayətçiyəm, maddi ziyanın əvəzi olaraq 4000 manat pul verilsə barışaram”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 8 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az