"Müasir dövrdə bir sıra İslam alimləri bu məsələni geniş şəkildə müzakirə ediblər. Həm Sünni, həm də Şiə fiqhində mövcud mövqelər əsasən qadağa yönündədir. Məsələn, Əl-Əzhər Şeyxliyi (Misir) və bir çox müasir fiqh şuraları rəsmi fətvalarında daşıyıcı analığı caiz görməyiblər. Səbəb olaraq isə nəsəbin qarışmasını, ana haqqının ziddiyyətə düşməsini, həmçinin nikahın təməl prinsiplərinə uyğun gəlməməsini göstəriblər".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
"Burada bir mühüm məqama da toxunmaq lazımdır: İslamda hər bir tibbi yol ancaq nikah daxilində halal sayılır. Əgər kişi ilə qadın ər-arvad deyilsə, onların hüceyrələrinin, embrionlarının hər hansı yolla birləşdirilməsi və ya başqa bir qadının bətninə yerləşdirilməsi zina hökmündədir. Hətta ər-arvad olsa belə, üçüncü bir qadının bətnindən istifadə etmək şəriətin prinsiplərinə ziddir".
O bildirib ki, İslam dininə görə daşıyıcı analıq halallıq daşımır:
"Çünki bu üsul birbaşa olaraq soyun qarışmasına, ananın hüququnun pozulmasına və gələcəkdə çoxlu sosial, hüquqi və mənəvi fəsadlara səbəb ola bilər. Əgər bir ailənin övladı olmursa, İslamda onlara övladlığa uşaq götürmək, yaxud səbrlə Allahın hikmətinə təslim olmaq tövsiyə olunur. Peyğəmbərimiz (s) buyurur: “Uşaqlar cənnət çiçəkləridir” – yəni uşağın olması bir nemətdir, amma bu nemət insanın öz iradəsindən çox Allahın iradəsinə bağlıdır. Yuxarıda da qeyd etdiyim kimi bu gün bəziləri islamın prinsiplərinə riayət eləmək istəmirlər. Sanki bunu halal kimi qəbul edirlər. Bu məsələdə isə ən doğrusu islamın dediyidir. Yenə də insanların baxışları bu mövzuda fərqli ola bilər və hörmətlə yanaşıram".
Qeyd edək ki, sosial şəbəkələrdə son dövrlərdə daşıyıcı analıqla bağlı bir çox elanlar paylaşılır.
Əfsanə Kamal
Demokrat.az