"Borcalanın kredit kartı limiti onun xalis, vergidən sonrakı gəlirinin maksimum beş misli qədər müəyyən edilib. Bu qərarın qəbul edilməsinin səbəbi istehlak kreditlərinin həcminin sürətlə artmasıdır".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, həcmin artması problemli kreditlərin də əsasən istehlak kreditlərindən yaranmasına gətirib çıxarır:
"Məhz buna görə Mərkəzi Bank öz requlyativ səlahiyyətlərindən istifadə edərək məhdudlaşdırıcı addımlar atıb. Bu, həm bankların gəlirlərinə, həm də vətəndaşların kredit imkanlarına təsir göstərəcək. Bununla yanaşı, vətəndaşların kredit götürmə vərdişlərini də dəyişməsinə səbəb ola bilər".
Ekspert bildirib ki, bəzən insanlar gəlirlərini nəzərə almadan, eyni anda bir neçə bankdan istehlak krediti götürürlər:
"Bu isə gələcəkdə ödəniş çətinliyi yaradır və hətta ailədaxili problemlərə gətirib çıxarır. Qərarın əsas məqsədi də məhz problemli kreditlərin artmasının qarşısını almaqdır".
Əfsanə Kamal
Demokrat.az