"Azərbaycan və Ermənistan arasında uzun müddət razılaşdırılmayan məsələlərdən biri də Zəngəzur dəhlizi idi. Ermənistan müxtəlif bəhanələrlə prosesi uzadır, alternativ layihələr irəli sürməklə məsələnin daha da mürəkkəbləşməsinə şərait yaradırdı. İran isə həm Ermənistana, həm də Rusiyaya təzyiq göstərərək dəhlizin açılmasına qarşı çıxırdı. Buna baxmayaraq, Azərbaycan çox önəmli addım atdı və Vaşinqtonda aparılan müzakirələr nəticəsində bu problemin həlli istiqamətində əhəmiyyətli nəticələr əldə olundu. Azərbaycan prinsipial mövqeyindən geri çəkilmədən nəzərdə tutduğu layihənin həyata keçirilməsinə nail oldu".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
"İranın Ermənistana və Rusiyaya göstərdiyi təzyiqlərə, prosesə mane olmaq cəhdlərinə baxmayaraq, Vaşinqton görüşü bu məsələdə Tehranın mövqeyini neytrallaşdırdı. Çünki bundan sonra İran etiraz etsə, bu, birbaşa Vaşinqtonla qarşıdurmaya səbəb olacaqdı. Halbuki Yaxın Şərqdə, xüsusilə də İsrail məsələsində İranın ABŞ-la əməkdaşlığa ciddi ehtiyacı var. Ona görə də Tehran çalışır ki, Vaşinqtonla diplomatik kanalları açıq saxlasın və bu məsələyə qarşı sərt mövqe tutmaqla həmin əlaqələri itirməsin".
Politoloq deyib ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın tarixi hədəfinə çatması, həm də regionun sabitləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Bu razılaşma Ermənistan və Azərbaycan arasında ən önəmli məsələlərdən biri idi və iki ölkə arasında etimad mühitinin yaranmasına da təkan verdi. Ermənistan indiyədək müxtəlif bəhanələrlə prosesi uzadır, Azərbaycanın Zəngəzurla bağlı gizli planları olduğunu iddia edirdi. Lakin əldə olunan razılaşma ilə bu bəhanələr aradan qalxdı.
Azərbaycan bir daha göstərdi ki, yalnız beynəlxalq normalara əsaslanan prinsiplər üzərində fəaliyyət göstərir və mövqeyindən geri çəkilmir. Zəngəzur dəhlizinin açılması tarixi hadisə olmaqla yanaşı, həm iki ölkə arasındakı münasibətlərin inkişafına, həm də regionların sosial-iqtisadi tərəqqisinə ciddi təsir göstərəcək".
Əfsanə Kamal
Demokrat.az