"Uşağın nevroloji və digər somatik vəziyyətinə görə bəzi vaksinlərin tətbiqi müvəqqəti olaraq təxirə salına bilər. Bu hallar müəyyən səbəblərdən baş verir. Lakin ümumilikdə milli peyvənd təqviminə dəqiq riayət olunmalıdır. Bu, çox vacibdir".
Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib.
O, bildirib ki, bütün peyvəndlər vaxtında uşaqlara vurulmalıdır:
"Bu gün qızılca epidemiyasının bu qədər geniş yayılması, eləcə də digər infeksiyaların ölkəmizdə mövcud olması valideynlərin uşaqları peyvənddən uzun müddət, müxtəlif bəhanələrlə yayındırması ilə bağlıdır. Nəticədə, qızılca ölkədə ciddi problem yaratdı və həmin dövrdə valideynlərin əksəriyyəti vaksin vurulması üçün yerlər axtarmağa başladı".
Ekspertin sözlərinə görə, milli peyvənd təqviminə ciddi şəkildə əməl edilməlidir:
"Bu məsələ yalnız Azərbaycana xas deyil. Dünyanın bir çox yerlərində də peyvəndləməyə münasibət dəyişib. Üstəlik, nəzərə almaq lazımdır ki, qızılca virusunun genomu ribonuklein turşusu (RNT) olduğuna görə o, mutasiyaya meyllidir. Bu isə yeni formaların yaranmasına və narahatlıq doğurmasına səbəb olur".
İnfeksionist deyir ki, milli peyvənd təqvimi elmi cəhətdən əsaslandırılmış və dünyanın mötəbər elmi-tibbi məktəbləri tərəfindən təsdiqlənmiş bir sistemdir:
"Bu sistem özünü tam şəkildə doğruldur. Ona əməl etmək isə ən azı cəmiyyətin fundamental təhlükəsizliyi məsələsidir".
Əfsanə Kamal
Demokrat.az