2025 üçün qorxulu ssenari — Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi...

MARAQLI 22 iyul 2025, 11:09
Məşhur bolqar görücü Vanqa və braziliyalı ekstrasens Athos Salome 2025-ci illə bağlı eyni dərəcədə narahatedici proqnoz veriblər.

Milli.Az xəbər evrir ki, "Daily Mail"in yaydığı məlumata görə, hər iki görücü bu il bəşəriyyətin yadplanetlilərlə təmasda olacağını ehtimal edir.

1996-cı ildə vəfat edən və bir çox proqnozları ilə tanınan Vanqa 2025-ci ildə baş verəcək "böyük idman hadisəsi" zamanı insanların yad varlıqlarla ilk əlaqəsini yaşayacağını öncədən söyləyib. Bu iddia ilə "canlı Nostradamus" kimi tanınan Athos Salome də razılaşır.

Athos Salome qeyd edir ki, James Webb teleskopu kimi müasir texnologiyalar və sürətli kosmik tədqiqatlar yadplanetli həyatla qarşılaşma ehtimalını artırır. Onun fikrincə, ABŞ və digər ölkələr UFO-larla bağlı məxfi sənədləri açıqlaya bilər və bu, insanlığın Kainat haqqında təsəvvürünü tamamilə dəyişə bilər:

"Bu məlumatların üzə çıxması ilə biz tək olmadığımızı başa düşəcəyik və bu, dünyada böyük psixoloji və siyasi dəyişikliklərə yol aça bilər."

III Dünya Müharibəsi və süni intellekt xəbərdarlığı

Salome təkcə yadplanetlilərlə deyil, həm də III Dünya Müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq edir. O bildirir ki, beynəlxalq gərginliklər fonunda 2025-ci il kritik bir dönüm nöqtəsi ola bilər.

Digər narahatedici mövzu isə süni intellektin sürətlə inkişafıdır. Salome bu texnologiyanın artıq insan təfəkkürünü təqlid edərək bir çox sahədə fəaliyyət göstərdiyini bildirir:

"AI sistemləri artıq binaları layihələndirir, reklamlar hazırlayır və xəstəlikləri müəyyən edə bilir. Amma sual budur: biz bu sürətə nəzarət edə biləcəyikmi? Əgər yoxsa, idarəetməni itirmək təhlükəsi ilə üz-üzəyik."

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyul 2025, 15:57
Top