Zığ gölünə kütləvi axın: Doğrudan da müalicəvidir? — VİDEO

SOSİAL 21 iyul 2025, 15:52
Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən duzlu gölə üz tutan insanların sayı artıb.

Demokrat.az Xəzər TV-yə istinadla xəbər verir ki, bura kimisinə görə, möcüzəli, kimisi üçün isə müalicəvi göldür.

Suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün gölə girirlər. Ziyarətçilər bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar.

Vətəndaşlar bu gölün həm suyundan, həm də palçığından şəfa tapdıqlarını bildirirlər.

Həkimlər isə müalicə üçün yodlu gölə üz tutanlara diqqətli olmağı tövsiyə edirlər. İmmun sitemi zəif olan şəxslərin bu göldən istifadəsi təhlükəli ola bilər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top