Qabil Məmmədovun işi üzrə məhkəmə araşdırması başladı

HADİSƏ 16 iyul 2025, 20:32
Almaniyada yaşayan bloger Qabil Məmmədovun Azərbaycan Cinayət Məcəlləsinin 24 maddəsi üzrə qiyabi məhkəmə araşdırması başlayıb.

Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub və məhkəmə araşdırmasının başlanmasına qərar verilib.

Növbəti proses iyulun 23-ə təyin olunub.

O, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb.

Həmçinin, Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Qabil Məmmədova bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top