Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən iştirak etməyib.
Təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimli vəsatət qaldıraraq Azər Qasımlının şüşə arxasından çıxarılaraq onların yanında əyləşməsini xahiş edib. Onun digər vəsatəti müdafiə tərəfinin verdiyi sənədlərin sübutlar siyahısına əlavə olunması ilə bağlı olub.
Məhkəmə vəkilin ilk vəsatətini təmin edib və təqsirləndirilən şəxs vəkillərin yanında əyləşib. Digər vəsatət baxılmamış saxlanılıb.
Daha sonra prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.
İttiham aktına əsasən, Azər Qasımlı qabaqcan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir. İttihama görə, o, kriptovalyuta saytında Qurbanəli Yusifovun adına hesab açaraq ora pul yatırıb. Lakin birjada qiymətlərin düşməsi nəticəsin pulu itirib və Qurbanəli Yusifovdan 45 min dollar pul tələb edib. Həmin pulu verməyəcəyi halda onu öldürmək, övladını qaçırmaqla hədələyib və Q.Yusifovdan 6800 manat pul alıb. Eyni zamanda ona 10 min dollar dəyərində borc qəbzi imzaladıb.
Azər Qasımlı özünü təqsirli bilməyərək əslində zərərçəkən olduğunu deyib.
Zərərçəkən kimi tanınan Qurbanəli Yusifovun iştirakının təmin edilməsi məqsədilə proses iyulun 30-na təxirə salınıb.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir. (APA)