Hakan Fidan Suriyadakı münaqişələrə qısa zamanda son qoymağa çağırıb

DÜNYA 16 iyul 2025, 21:25
Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əş-Şibani ilə telefon danışığında Suriyanın işlərinə kənardan müdaxiləyə qısa zamanda son qoymağın və ölkədə sabitliyin təmin edilməsinin vacibliyini bildirib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Fidan İsrailin Suriyanın cənubuna və Dəməşqə zərbələr endirməsindən narahatlığını ifadə edərək, bu cür hərəkətlərin regional təhlükəsizliyi təhdid etdiyini və vəziyyətin nizamlanması səylərinə mane olduğunu vurğulayıb.

Daha sonra o, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla söhbətində də İsrailin hücumları ilə bağlı vəziyyəti müzakirə edib və onların dayandırılmasının vacibliyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top