Yekaterinburqda diaspora rəhbərinin oğlunun məhkəməsi BAŞLADI

HADİSƏ 16 iyul 2025, 16:03
İyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.

Demokrat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, iyulun 1-də Mutvalının atası "Gelandewagen" markalı avtomobillə hərəkətdə olarkən saxlanılsa da, sonradan sərbəst buraxılıb. İki həftə sonra kiçik Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi - dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.

İlkin məlumatlara görə, müstəntiqlər Mutvalı barəsində həbs qətimkan tədbiri seçəcək, bu halda o, istintaq təcridxanasına yerləşdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top