Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu həbs edildi

HADİSƏ 16 iyul 2025, 19:44
Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Leninski Rayon Məhkəməsi onu hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi üzrə təqsirli bilib.

Mutvalı Şıxlinski iki ay müddətinə həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top