Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.
“Qafqazinfo”nun məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.
***
Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.