İmamoğlunun məhkəməsində prokuror özünü itirdi — "Mənə niyə baxırsan?"

DÜNYA 16 iyul 2025, 13:00
İBB sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlekə "hədə-qorxu gəlmə" ittihamı ilə mühakimə olduğu məhkəmə prosesində qəribə hadisə yaşanıb.

Demokrat.az xəbər verir ki, Ə.İmamoğlu müdafiəsini prokurorun üzünə baxaraq edib. 

Bundan narahat olan prokuror İmamoğludan ona baxmamasını istəyib. İmamoğlu isə hakimə baxaraq “Hakim bəy, prokuror bəyə baxmaq qadağandır?” sualını verib. Həmin an salondakı vəkillər əlləri ilə stollara vurmağa başlayıb, iştirakçılar isə İmamoğlunun sualını alqışlayıblar. 

Hakim iştirakçı və vəkillərə sərt xəbərdarlıq edərək alqışların davam edəcəyi halda salonu boşaldacağını bildirib. 

Qeyd edək ki, qərar çıxacağı gözlənilən prosesdə çox sayda vətəndaş İmamoğluya dəstək üçün məhkəmə binasının qarşısına toplanıb. Məhkəmədə CHP sədri Ögür Özel də iştirak edir.

Xatırladaq ki, prokuror İstanbul Baş prokuroru Akın Gürlekə "hədə-qorxu gəlmə və hədəf alma" ittihamı üzrə Əkrəm İmamoğlunun 2 il 8 aydan 7 il 4 ay müddətinə qədər azadlıqdan məhrum edilməsini tələb edib. (Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top