Onkoloq: "Xərçəng xəstəliyinə səbəb olan faktorlar təkcə genetik deyil"

GÜNDƏM 16 iyul 2025, 11:55
Fəlsəfə doktoru Fərid Müseyibov deyib ki, 40-ı çıxmamış körpədə xərçəng müşahidə edib. Təməl səbəblər çoxdur. İlk faktorlardan biri qidalanmadır. Hətta 50%-i sağlam qidalanmamaqdan irəli gəlir. 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 15 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb, onlardan 8 051-i qadın, 7 113-ü isə kişidir. Ölkədə ümumən 69 435 onkoloji xəstə qeydiyyatdadır ki, bu da 2022-ci illə müqayisədə 7 050 nəfər çoxdur. Həmin il xərçəng səbəbindən 9 681 ölüm halı qeydə alınıb – 2022-ci ilə nisbətən 1 312 nəfər çox. 

Onkoloq Aysel Şükürova Demokrat.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda onkoloji xəstəliklərin yayılmasında artım dinamikası müşahidə olunur və bu, artıq ciddi ictimai sağlamlıq problemidir:

“Xərçəng xəstəliyinə səbəb olan faktorlar təkcə genetik deyil, eyni zamanda müasir həyat tərzi, qidalanma vərdişləri, ətraf mühit və texnoloji mühitin təsiri ilə də sıx bağlıdır.
Azərbaycanda xərçəng xəstəliklərinin yayılması son illərdə ciddi artım göstərir. 2024-cü ildə ölkədə 15 mindən çox yeni xərçəng hadisəsi qeydə alınıb. Artımın əsas səbəbləri arasında sağlam olmayan qidalanma (fast-food, qazlı içkilər), hərəkətsizlik və piylənmə, hava çirkliliyi və texnoloji cihazların şüalanması, stress və psixoloji gərginlik, genetik faktorlar xüsusi yer tutur. Xərçəngi tam önləmək mümkün olmasa da, riskləri əhəmiyyətli dərəcədə azaltmaq bizim əlimizdədir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top