Rüstəm Xəlilov vətəndaşların problemlərini dinləyib — FOTOLAR

SOSİAL 15 iyul 2025, 15:02
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Çadırlı kənd sakinləri ilə səyyar qəbul keçirib.

Demokrat.az-ın məlumatına görə, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

RİH başçısı rayon ərazisində icra edilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri və əhalinin rifahının yüksəldilməsi istiqamətində atılan addımlar barədə də məlumat verərək, görülən işlərin davamlı xarakter daşıdığını bildirib. Rayon rəhbəri qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.












 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top