202 nömrəli körpələr evi-uşaq bağçasında nöqsanlar aşkarlanıb

HADİSƏ 08 iyul 2025, 17:14
202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan birinə verdikləri müsahibədən sonra 2 əməkdaşın, 1 texniki işçisinin bağçaya buraxılmadığı ilə bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyul 2025, 19:22
Top