Torpaq sahəsi olanların NƏZƏRİNƏ: Elektron qaydalara dəyişiklik ediləcək

SOSİAL 08 iyul 2025, 19:14
"Torpaq sahələrinin sərhədlərinin, koordinatlarının dəqiq müəyyən olunması daim gündəmdə olan məsələdir. Bu istiqamətdə məhkəmə çəkişmələrinə səbəb olan hadisələr baş verir. Qeydiyyatın elektronlaşmadığı, texnologiyanın cəlb olunmadığı zamanlarda çoxlu problemlər yaranırdı. O zamanlar torpaq komitəsi və digər qurumlar bu işlə məşğul olurdular".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.



O bildirib ki, hazırda İqtisadiyyat Nazirliyi prosesin təkmilləşməsi üçün müvafiq addımlar atır:

"Dünya praktikasına uyğun olaraq bir çox işlər görülməlidir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Green Capital Limited arasında bu istiqamətdə müvafiq addımlar atılması üçün müqavilə bağlanıb. Biz nəinki torpaq sahələri, bütün daşınmaz əmlakların xəritəsinin müəyyən edilməsi, reyesterinin təşkili, qiymətləndirilməsi təklifini irəli sürmüşük. Azərbaycanda dövlət əmlak reyesteri formalaşmalıdır. Elə evlər, torpaq sahələri var ki, qeydiyyatda deyil. 

Koordinasiya sistemi ilə bağlı mütəxəssislərin texnoloji alətlərin cəlbində haqlıdırlar. Ancaq hazırda məhkəməlik olan torpaq sahələrinin əksəriyyəti zəbt olunub, koordinasiya sisteminə cəlb olunmayan torpaqlardır. Torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsinin kökündə reyestr sisteminin olmaması dayanmır. Bu istiqamətdə düşünürəm ki, yaxın günlərdə müvafiq işlər görüləcək. İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Xidməti bu istiqamətdə portalın tətbiqi barədə anons vermişdi. Bu il ərzində vətəndaşların öz əmlakları ilə elektron qaydada sərəncam vermək imkanı olacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top