Bir çox hallarda sürücülərin sükan arxasında telefonda danışdığının, yazışdığının, hətta oyunlar oynadığının şahidi oluruq. Cərimələrin effektsiz qaldığı bu məsələ ilə bağlı daha sərt tədbirlər görülməlidirmi?
Bu barədə Demokrat.az-a nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
O deyib ki, eyni qaydanı üç dəfə pozan sürücülərlə artıq xüsusi iş aparılmalıdır:

“Cərimələrin artırılmasının əleyhinəyəm. Sadəcə, maarifləndirici işlər daha çox aparılmalıdır. Əgər bir sürücü dəfələrlə qayda pozursa, dəfələrlə sükan arxasında telefonu qulağına qoyub danışırsa, iki və üçüncü dəfə buna görə cərimə olunursa, yol polisi tərəfindən idarəyə dəvət olunmalıdır, onlarla iş aparılmalıdır. Lazımdırsa, tibbi müayinəyə göndərilməlidir ki, bu insanda hansı proses gedir ki, üç dəfə eyni qaydanı pozur.
Söhbət burada yalnız sükan arxasında telefonla danışmaqdan getmir, ümumiyyətlə, eyni qaydanı üç dəfə pozan sürücülərlə xüsusi iş aparılmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az