Masallı rayonunda ər-arvad arasında mübahisə cinayətin baş verməsi ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Masallı rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Musa Yaqubov yaşadığı fərdi yaşayış evinin yataq otağında arvadı Məlahət (ad-soyad şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı arvadının bədəninin müxtəlif nahiyələrinə bel kəməri ilə bir neçə dəfə qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən M. Yaqubovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə günü saat 20 radələrində telefonda bacısı qızı ilə danışan vaxt boşanmaq ərəfəsində olan arvadı Məlahət onun yaşadığı fərdi yaşayış evinə gəlib:
“Həmin vaxt Məlahət bacım qızı ilə onun barəsində söhbət etdiyimi düşündü, səs-küy salaraq mübahisə etməyə başladı. Mən ona iradlarımı bildirdim. Arvadım əlində bıçaqla üzərimə gəldi, mənə xəsarət yetirmək istədi. Bu vaxt özümü müdafiə etmək məqsədilə şalvarımın bel kəmərini çıxardım. Məlahətin sinə nahiyyəsinə, sol baldır nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum”.
İş üzrə zərərçəkmiş Məlahətin sözlərinə görə, təqsirləndirilən şəxs ilə 2014-cü ildə ailə həyatı qurub:
“Birgə nikahdan 2 övladımız var. Musa mənimlə mütəmadi olaraq mübahisə edir və münaqişə yaradır. Onunla münasibətlərimiz soyuq olduğu üçün eyni həyətyanı sahədə yerləşən ayrı-ayrı evlərdə yaşayırıq”.
Zərərçəkmiş bildirib ki, hadisə günü saat 20 radələrində evində çörək olmadığı üçün Musanın yaşadığı evə gedib:
“Ərim yaşadığı evə getməyimə etirazını bildirdi, mənimlə kobud danışdığı üçün aramızda mübahisə yarandı. Mübahisə əsnasında ərim baş nahiyəmə vurdu. Daha sonra şalvarında olan bel kəmərini çıxararaq sinə, sol baldır və bədənimin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə endirdi. Mən özümü müdafiə məqsədilə bıçağa əl atsam da, ona heç bir xəsarət yetirməmişəm”.
Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərib ki, əri ilə aralarında olan dava-dalaş təxminən 5-10 dəqiqə davam edib:
“Mübahisədən sonra Musanın barəsində tədbir görülməkdən ötrü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, hadisə barədə məlumat verdim. Daha sonra atam yaşadığım evə gəldi. Atama Musa tərəfindən döyüldüyümü və bu barədə polisə məlumat verdiyimi bildirdim. Təqsirləndirilən şəxslə barışmamışam”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə müttəhim 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonunun kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az