Avqustdan bu məhsullar bahalaşır — AÇIQLANDI

SOSİAL 08 iyul 2025, 19:39
“Tələb yüksək, təklif isə məhdud olduqda, bazarda qiymət artımı qaçınılmaz olur. Buna görə də qiymətlər yüksəlir”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Razi Abasbəyli deyb.

O deyib ki, avqust ayının ikinci yarısından etibarən Azərbaycanda kənd təsərrüfatı məhsullarında artım olacaq:

“Bunlara kartof, pomidor, soğan aiddir. Bu və digər tərəvəzlərdə qiymət artımları ola bilər. Ona görə ki həmin məhsulların yerli tədarük dövrü başa çatmaq üzrədir. Yerli məhsul bazardan çəkildikdən sonra, həm ixracat dayanacaq, həm də daxili təchizat azalacaq. 

Nəticədə qısa müddətli idxal asılılığı artacaq və bu da qiymətləri artıracaq. Bu proses həm iqtisadi baxımdan, həm də ərzaq təhlükəsizliyi kontekstində ciddi narahatlıqlar doğurur. Ona görə də, məsələyə operativ şəkildə müdaxilə edilməsi, strateji ehtiyatların formalaşdırılması və qiymət artımının qarşısını almaq üçün tənzimləyici mexanizmlərin hazırlanması zəruridir”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top