Körpələrə qoyulan MARAQLI ADLAR...

SOSİAL 07 iyul 2025, 13:56
Son 6 ayda Azərbaycanda körpələrə qoyulan nadir və maraqlı adlar məlum olub.

Demokrat.az report-a istinadən xəbər verir ki, son illərdə yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb.

Belə ki, bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.

Eyni zamanda Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.

Azərbaycanda ötən il isə uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.

Badam və Binəli adları iki uşağa, Tarif üç, Əsğər adı isə beş uşağa verilib.

Qeyd edək ki, bu il oğlan uşaqlarına ən çox Uğur (802), qız uşaqlarına isə Zəhra (533) adı verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top