Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib. Bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
İqtisadçı Cavid Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, ilk növbədə, ət idxalında azalma ölkə daxilində yerli ət istehsalının artması ilə bağlı ola bilər:
“Son illər hökumət kənd təsərrüfatı və heyvandarlığın inkişafına dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir. Yerli istehsalın stimullaşdırılması nəticəsində daxili bazarda tələbatın müəyyən hissəsi artıq yerli məhsulla ödənilir.
Digər bir amil kimi, əhalinin istehlak vərdişlərində dəyişikliklər də göstərilə bilər. İstehlakçılar arasında daha ucuz alternativlərə, məsələn, toyuq ətinə və ya bitki əsaslı məhsullara yönəlmə tendensiyası müşahidə olunur. Bu da qırmızı ətə olan ümumi tələbi azalda bilər.
Bundan əlavə, dövlətin tənzimləyici tədbirləri gömrük rüsumları, baytarlıq nəzarəti, idxal prosedurlarının sərtləşdirilməsi və sanitar normalar idxal axınını məhdudlaşdıran faktorlar sırasındadır.
Ümumilikdə, ət idxalının azalması həm iqtisadi, həm də struktur səbəblərlə əlaqələndirilə bilər. Bu prosesin davamlı olub-olmayacağı isə gələcək dövrlərdə daxili istehsalın sabitliyi və bazar tələbatı ilə müəyyənləşəcək”.
Leyla Turan
Demokrat.az