“Rusiya imperiya oyunlarını davam etdirir. Rusiya ərazisində yaşayan bütün millətlərə nifrət saçır, onlara qarşı zorakılıqdan istifadə edir, qeyri-qanuni addımlar atır. Bu ona hədəflənib ki, Rusiya keçmiş SSRİ-ni bərpa etmək istəyir. Hamını hansısa hədə-qorxu ilə, təzyiqlərlə bu nifrət saçan quruma salmaq istəyir. Ukraynada da onların məqsədi budur – işğal edərək öz ərazisinə çevirmək”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, Yekaterinburqda baş verənlər hələ ilk addımlardır:
“Azərbaycan Rusiyaya qarşı öz sərt mövqeyini ifadə etməlidir. Beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməlidir. Onsuz da Rusiyaya bütün dünya ölkələri sanksiya tətbiq edir və Rusiyanın Şimali Koreyadan başqa dostu yoxdur. Rusiya kimi terrora köklənmiş ölkələr onunla yaxındır”.
Cavidan Mirzəzadə
Demokrat.az