Prokuror "Toplum TV" işi üzrə ittiham aktının elanını başa çatdırdı

HADİSƏ 23 iyun 2025, 13:11
"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilən  Elmir Abbasov, Fərid İsmayılov və İlkin Əmirohava aid hissədə ittiham aktını elan edib. 

Ötən iclasda isə Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və  Ruslan İzzətliyə.aid hissədə olan ittiham aktını elan edib.

Bu günki iclasda dövlət ittihamçısı cinayət işi üzrə ittiham aktını tam elan ediərək başa çatdırıb. 

Daha sonra təqsirləndirilən şəxslərin hər biri ittihama münasibət bildirib. Onlar özlərini təqsirli bilməyiblər.
Növbəti proses iyunun 30-da davam edəcək. 

Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
İstintaq araşdırması zamanı "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov məsuliyyətə cəlb olunublar.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top