İrandakı hərbi obyektlərin koordinatları Ermənistandan ötürülüb? — DƏHŞƏTLİ FAKTLAR

GÜNDƏM 23 iyun 2025, 16:48

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistan ərazisinin İrana qarşı hərbi məqsədlərlə istifadə olunması iddiaları müzakirə edilib.

Demokrat.az xəbər verir ki, verilişin aparıcısı Rövşən Məmmədov diqqətçəkən detalları tamaşaçılarla bölüşüb.

O bildirib ki, 2024-cü il avqustun 2-də ABŞ-nin Rumıniyadakı hərbi bazasından İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına “Boeing-17” tipli iki hərbi-yük təyyarəsi enib. Bu təyyarələrlə birlikdə amerikalı hərbi mütəxəssislər də Ermənistan ərazisinə daxil olublar.

Məlumata görə, həmin təyyarələrdən birində raket qurğularının atəş nöqtələrini müəyyənləşdirməyə imkan verən xüsusi cihazlar olub. Bu texnologiya İran ərazisindən buraxılan silahların trayektoriyasına real vaxtda nəzarət imkanı yaradır.

Rövşən Məmmədov daha bir məqamı diqqətə çatdırıb. Avropa İttifaqının Ermənistandakı müşahidəçiləri – “binokl şou”su ilə tanınan beynəlxalq heyət İranın hərbi obyektləri barədə informasiyaları Zəngəzurda yerləşdirilmiş amerikalı mütəxəssislərə ötürüb. Həmin heyətin tərkibində alman, fransız, kanadalı agentlərin və xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu bildirilir.

Daha ətraflı videoda:



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 20:58
23 iyun 2025, 19:15
Top